Nils Mujnieks: “Bu, bu sahədə mətbuat azadlığına və insan hüquqlarına növbəti zərbədir”
Avropa Şurası insan hüquqları komissarı Nils Mujnieks fransalı iki jurnalist Loren Rişar və Emmanuel Baxın Bakıda saxlanmasını və avadanlıqlarının müsadirə olunmasını pisləyib.
O, Tvitterdə öz mikrobloqunda Azərbaycanda fransız jurnalistlərin saxlanmasından və onların materiallarının müsadirə edilməsindən narahat olduğunu bildirib: “Bu, bu sahədə mətbuat azadlığına və insan hüquqlarına növbəti zərbədir”.
Jurnalistlər mayın 14-də Parisə uçarkən saxlanılıblar. Onlar Bakıya prezident Fransua Ollandın səfərini işıqlandırmaq üçün gəliblər. Mayın 15-də isə xüsusi xidmətin işçiləri onların çəkiliş avadanlıqlarını və çəkdikləri materialları alaraq özlərini məcburən Parisə yola salıblar (TURAN).