Avropa Parlamentindən iki mühüm qərar

Bu gün Avropa Parlamentində Azərbaycanla əlaqədar iki mühüm səsvermə olub

Source:


Bu gün Avropa Parlamentində Azərbaycanla əlaqədar iki mühüm səsvermə olub

Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə qətnamə layihəsi qəbul edilmişdir. Qətnamə layihəsinə Azərbaycan üçün böyük maraq kəsb edən düzəliş əlavə edilib. Avropa Parlamenti qətnaməsində işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu tələb edilmişdir. Beləliklə, ilk dəfə olaraq Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə istinad edilir, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı açıq şəkildə təsdiqlənir.

İkinci qərar isə Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədardır. Belə ki, Avropa Parlamenti Azərbaycandakı prezident seçkilərinin saxtalaşdırıldığını bəyan edib və ATƏT DTİHB müşahidə missiyasının rəyinin mötəbər olduğunu və hökumətin ələ aldığı AŞPA və Avropa Parlamenti müşahidəçilərinin rəyinin nəzərə alınmadığını qətiləşdirib. Həmçinin Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırıb.

Ana səhifəXəbərlərAvropa Parlamentindən iki mühüm qərar