Avropa Məhkəməsi Leyla və Arif Yunusun işinə növbədənkənar baxacaq

“Konvensiyasının 39-cu maddəsinin tələblərinə əsasən, sağlamlığı ilə bağlı problemi olan şəxslərin işinə növbədənkənar baxılır”

Source:


“Konvensiyasının 39-cu maddəsinin tələblərinə əsasən, sağlamlığı ilə bağlı problemi olan şəxslərin işinə növbədənkənar baxılır”

Avropa Insan Haqları Məhkəməsi Leyla və Arif Yunusların işinə prioritet qaydada baxılmasına qərar verib. Məlumatı jurnalist Xədicə İsmayıl yayıb.

Leyla Yunusun vəkili Xalid Bağırov da xəbəri təsdiqləyib: “Artıq Avropa Məhkəməsi Leyla və Arif Yunusların işinə baxmağa  başlayıb. Belə ki, Avropa İnsan Haqları Konvensiyasının 39 maddəsinin tələblərinə əsasən, sağlamlığı ilə bağlı problemi olan şəxslərin işinə prioritet qaydada, yəni növbədənkənar baxılır. Məlum olduğu kimi, Leyla və Arif Yunusun sağlamlığında ciddi problem var”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Leyla və Arif Yunusun işinə növbədənkənar baxacaq