Avropa Məhkəməsi hökuməti 20 min avro cərimələdi

7 il əvvəl baş verənlərlə bağlı yerli hüquq mühafizə qurumlarına edilən şikayətlər araşdırılmamışdı

Source:


7 il əvvəl  baş verənlərlə bağlı yerli hüquq mühafizə qurumlarına edilən şikayətlər araşdırılmamışdı

Avropa İnsan Haqları Məhkəməsi RATİ sədri Emin

Huseynov

 qərarını açıqlayıb. Bu barədə hüquqşünas Xalid Ağalıyev özünün Facebook səhifəsində məlumat paylaşıb.

Bildirilir ki, məhkəmə Emin Hüseynovun hüquqlarının pozuntusunu (Maddə 3 – işgəncələrin yasaqlanması, Maddə 5.1 – azadlıq və toxunulmazlıq hüququ, Maddə 11 – birləşmək azadlığı) tanıyıb. Hökumət Ərizəçiyə 15000, məhkəmə məsrəflərinə görəsə 5000 avro ödəməlidir.

Xalid Ağalıyev bu işi fəaliyyəti dayandırılan Media Hüququ İnstitutunun apardığını qeyd edib.

Şikayət 2008-ci il iyununda Bakıda kafelərdən birində Çe Gevaranın 80 illiyilə bağlı tədbir zamanı 30-a yaxın polis əməkdaşının kafeyə hücumu və bundan sonra baş verən polis zorakılığıyla bağlıdır. Olay zamanı iştirakçılara, o cümlədən, tədbirə jurnalist kimi qatılan Emin Hüseynova qarşı zor tətbiq edilmiş, ardınca Nəsimi rayonu 22-ci polis bölməsinə aparılmişdı. Bölmədə jurnalistə işgəncə verilmiş, durumu kəskinləşmiş, xəstəxanaya yerləşdirilmişdi. Kəllə-beyin travması alan Emin Hüseynov dörd gün reanimasiya şöbəsində saxlanılmişdi. Baş verənlərlə bağlı yerli hüquq mühafizə qurumlarına edilən şikayətlər araşdırılmamışdı.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi hökuməti 20 min avro cərimələdi