Avropa Məhkəməsi Azərbaycandan 13 ərizəçinin şikayətini təmin edib

Hökumət şikayətçilərə 6 mindən 12 min avroya qədər kompensasiya ödəməlidir


Hökumət şikayətçilərə 6 mindən 12 min avroya qədər kompensasiya ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 5-də Azərbaycanla bağlı bir neçə qərarını elan edib.

Bu barədə məhkəmənin saytı məlumat

yayıb

.

Həsənov və başqaları Azərbaycana qarşı iş üzrə qərardakı ərizəçilər Elçin Həsənov, Nazim Abbaslı, Fuad Hacıyev, Ruslan Nəsirli, Vüqar Rzayev, Razim Rzayev, İslam Həsənov, Mübariz Əbdülkərimov, Rauf Əbdürəhmanlı, Əli Abdullayev, Rafiq Cəlilov, Türkel Əlisoy, Saqif Qurbanovdur.

Onlar müxtəlif vaxtlarda inzibati həbs və cəriməyə məruz qalmalarından şikayət ediblər. Avropa Məhkəməsi Konvensiyanın 5.1, 6.1, 6.3 (c), 11 və bəzi ərizəçilər üzrə 34-cü maddənin pozuntusunu tanıyıb. Buna müvafiq olaraq ərizəçilərə 6000-12000 avro, məhkəmə xərclərinə görə 1000-2000 avro ödənilməsini müəyyən edib.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycandan 13 ərizəçinin şikayətini təmin edib