”Avropa Məhkəməsi aprel döyüşlərilə bağlı 700 ərizəni icraata götürüb”

”Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər”

Source:


”Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər”

“Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu cinayətlər hələ də davam edir”.

Bu açıqlamanı Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov fevralın 10-da parlamentdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Trendin yaydığı məlumata əsasən, cənab Əsgərov Dağlıq Qarabağda Ermənistan tərəfindən dəvət edilən şirkətlərin iş apardığını bəyan edib:

“Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir. Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər. Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır. Bu baxımdan bu gün müzakirə edilən qanun layihəsinin qəbulu mühüm əhəmiyyət kəsb edir”.

Çingiz Əsgərov ötən ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərildiyini, həmin işlərin artıq icraata götürüldüyünü də əlavə edib.

Ana səhifəXəbərlər”Avropa Məhkəməsi aprel döyüşlərilə bağlı 700 ərizəni icraata götürüb”