Avropa Məhkəməsi 2005-ci il seçkilərində saxtakarlıq olduğunu təsdiqlədi

hökumət Həsən Kərimova vurulan mənəvi ziyana görə 7500 avro ödəməlidir

Source:


Hökumət Həsən Kərimova vurulan mənəvi ziyana görə 7500 avro ödəməlidir

AXCP Ali Məclisinin sədri Həsən Kərimov 2005-ci il parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsində Azərbaycan hakimiyyətini udub.

Beynəlxalq məhkəmənin saytında yerləşdirilən xəbərdə bildirilir ki, məhkəmə işi Həsən Kərimovun 2005-ci il parlament seçkilərində iştirakı və hüquqlarının pozulması ilə bağlı olub. Avropa Məhkəməsi səsvermə zamanı saxtakarlıqların olduğuna qərar verib. Qətnaməyə görə, hökumət Həsən Kərimova vurulan mənəvi ziyana görə 7500 avro ödəməlidir. Əlavə xərclərə görə isə 2544 avro sərf ediləcək.

H.Kərimov məlumatı yayan “Qafqazinfo”ya bildirib ki, onun Avropa Məhkəməsində iki işi var: “Özüm dəqiq hansını udduğumu bilmirəm. Vəkilim də İnqtiqam Əliyevdir, o da Kürdəxanıdadır. Ona görə məlumat ala bilməmişəm”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi 2005-ci il seçkilərində saxtakarlıq olduğunu təsdiqlədi