“Azərbaycan Avropa ilə vizasız rejimə tam hazırdır”, – xarici işlər nazirinin müavini Nadir Hüseynovun sözləridir
APA yazır ki, nazir müavini bu istiqamətdə danışıqların getdiyini deyib:
“”ASAN Viza” xidməti fəaliyyətə başladıqdan sonra mənə elə gəlir ki, heç bir problem olmayacaq. Müraciət etmişik və xarici ölkələrin Azərbaycandakı səfirləri öz ölkələrinə bu barədə məlumat verəcəklər. Bu isə vizasız gediş-gəlişə təkan verəcək”.