Avropa Birliyi komitəsi Ukraynaya hə dedi

Bundan sonra Ukrayna Avropa Birliyi Şurası ilə azad viza danışıqlarına başlaya bilər

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Bundan sonra Ukrayna Avropa Birliyi Şurası ilə azad viza danışıqlarına başlaya bilər

Ukrayna vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gedə bilmələri üçün mühüm addım atılıb: sentyabrın 26-da Avropa Parlamentinin həlledici komitəsi olan Mülki Azadlıqlar, Əfalət və Daxili İşlər Komitəsi Ukrayna vətəndaşlarının vizadan azad edilməsi təklifini qəbul edib. Təklifin lehinə 38, əleyhinə 4 səs verilib.

Bundan sonra Ukrayna Avropa Birliyi Şurası ilə azad viza danışıqlarına başlaya bilər. Avropa Birliyi Şurası Avropa Birliyinin üzvü olan ölkələri bu məsələdə bir araya gətirəcək.

Reutersin məlumatına görə, immiqrasiya kəskin artsa, daha kəskin qaydalar qoyulması haqda Avropa Birliyi fövqəladə mexanizmə razılaşmamış, Almaniya və Fransa Ukrayna vətəndaşlarının Avropa Birliyinə sərbəst gəlməsi üçün onların vizadan azad edilməsinin əleyhinə idilər.

Ukraynaın 45 milyon əhalisi var.

Ana səhifəXəbərlərAvropa Birliyi komitəsi Ukraynaya hə dedi