Avropa Birliyi Azərbaycanı Venesiya Komissiyasının iradlarını dinləməyə çağırır

”Referendumqabağı kampaniyada bir sıra fəallar saxlanıb”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Referendumqabağı kampaniyada bir sıra fəallar saxlanıb”

Avropa Komissiyası Azərbaycanı referenduma çıxarılmış dəyişikliklər haqda Venesiya komissiyasının narahatlıqlarını nəzərə almağa çağırır.

Bunu Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Azərbaycanda konstitusiyaya əlavə və dəyişiklər üzrə referendum haqda bəyanatında bildirir.

Bəyanatda o da deyilir ki, vətəndaşların əksəriyyəti referenduma çıxarılan 29 bəndin hamısının lehinə səs verib. Referendum dinc şəraitdə keçib. “Ancaq bəzi çatışmazlıqlar olub. Referendumqabağı kampaniyada bir sıra fəallar saxlanıb”.

Bunları və Avropa Şurasının Venesiya Komissiyasının keçən həftə açıqladığı narahatlıqları nəzərə alaraq Avropa Birliyi Azərbaycanı Konstitusiya dəyişikliklərini həyata keçirərkən Venesiya Komissiyasının iradlarını nəzərə almağa çağırır.

Sonda qeyd edilir ki, bu və digər məsələlərdə Avropa Birliyi Azərbaycanal dialoqda işləməkdə davam edəcək.

Ana səhifəXəbərlərAvropa Birliyi Azərbaycanı Venesiya Komissiyasının iradlarını dinləməyə çağırır