Avro manata qarşı 1 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49 faiz azalaraq 0,0202 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49 faiz azalaraq 0,0202 manat səviyyəsində qərarlaşıb

Bu gün yanvarın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yüksəlib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 18-i ilə müqayisədə 0,0158 manat və ya 1 faiz artaraq 1,6028 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,91 faiz və ya 0,0158 manat artaraq 1,7451 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49 faiz azalaraq 0,0202 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro manata qarşı 1 faiz bahalaşıb