Manata nəzərən Rusiya rublu 0,0002 manat və ya 1,26 faiz bahalaşaraq 0,0161 manat olub
Bu gün avqustun 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01 faiz artaraq 1,0480 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0016 manat və ya 0,14 faiz azalaraq 1,1789 manat olub.
Manata nəzərən Rusiya rublu 0,0002 manat və ya 1,26 faiz bahalaşaraq 0,0161 manat olub.