ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi təyin edilib

Harlem Dezir: ”Son onillik ərzində jurnalistlər əvvəlki kimi sözlü və fiziki hədələrin qurbanı olublar”

Source:


Harlem Dezir: ”Son onillik ərzində jurnalistlər əvvəlki kimi sözlü və fiziki hədələrin qurbanı olublar”

ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi Fransalı diplomat Harlem Dezir olacaq. O, bu vəzifədə Dünya Miyatoviçi əvəz edəcək. İyulun 18-də Dezirin rəsmi təyinatı həyata keçiriləcək.

H.Dezirin namizədliyi ATƏT-in hazırki sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurts tərəfindən təsdiq edilib.

Bu barədə “Turan” AFP-yə istinadla məlumat yayıb.

Bu təyinatdan əvvəl Dezir Fransa XİN-in Avropa məsələləri üzrə dövlət katibi vəzifəsində işləyib.

H.Dezir “ATƏT prinsiplərində və öhdəliklərində təsbit edilmiş əsas azadlıqların, xüsusən fikri ifadə azadlığının və kütləvi informasiya vasitələri azadlığının həyata keçirilməsinə fəal şəkildə yardım edəcəyi” haqqında bəyanat verib. O deyib ki, son onillik ərzində jurnalistlər əvvəlki kimi sözlü və fiziki hədələrin, hücumların qurbanı olublar, onların bəziləri işgəncələrə məruz qalıb və çoxu peşə fəaliyyətinə görə təqiblərə məruz qalıb, bir neçə nəfət işini həyata keçirərkən həlak olub.

Avropa Jurnalistlər Federasiyası (EFJ) bu təyinatı və Dezirin bəyanatını dəstəkləyib.

Ana səhifəXəbərlərATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi təyin edilib