Atası: Fuad Əhmədli ”kars”a salınıb

”Siyasi Məhbusları Müdafiə Mərkəzinin bu ilin hesabatını açıqladığı gün oğlumun ”kars”a salınması təsadüfi deyil”

Source:
Fuad Əhmədli
Fuad Əhmədli


”Siyasi Məhbusları Müdafiə Mərkəzinin bu ilin hesabatını açıqladığı gün oğlumun ”kars”a salınması təsadüfi deyil”

4 il azadlıqdan məhrum edilən AXCP Gənclər Təşkilatının üzvü Fuad Əhmədlinin 26 dekabrda “kars”a salındığı bildirilir.

Məlumatı Meydan TV-yə Fuad Əhmədlinin atası Zəfər Əhmədli verib.

Zəfər Əhmədli oğlu ilə dekabrın 24-də telefon əlaqəsi saxladığını deyib:

“Dünən, 26 dekabrda danışmalıydıq, həftədə iki dəfə belə əlaqə olur, amma zəng gəlmədi, sonra məlumat aldıq ki, 3 günlük “kars”a salınıb. Özü də sonuncu dəfə danışanda narahatlıqlar olduğunu demişdi, konkret olaraq, ona məhdudiyyətlər qoyulub. Dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinə çağırıblar, sonra cəzalandırıldığı məlum olub. Ancaq səbəbini bilmirik”.

Z.Əhmədlinin sözlərinə görə, Siyasi Məhbusları Müdafiə Mərkəzinin bu ilin hesabatını açıqladığı gün oğlunun “kars”a salınması təsadüfi deyil:

“Hesabatda Penitensiar Xidmətin bir çox rəsmisinin adı var, bu da onları qıcıqlandırır. Bu amilin də nəticəsi ola bilər. Eyni zamanda, mən Penitensiar Xidmətdə olanda 16 saylı və başqa cəzaçəkmə müəssisələrindəki korrupsiya və işgəncə faktları barədə məlumat vermişdim. Məsələn, 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənov buna görə Fuada xəbər göndərmişdi. Eyni münasibəti Mirsaleh Seyidov da göstərmişdi”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Meydan TV-yə deyib ki, Fuad Əhmədliyə qarşı hər hansı qərəzdən söhbət gedə bilməz:

“Sadəcə, məhbuslar qanuni intizam qaydalarına riayət etsinlər. Əgər məhkum ona qarşı qanunsuzluq olduğunu düşünürsə, şikayət etsin, araşdıraq, ya da məhkəməyə müraciət etsin”.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Ana səhifəXəbərlərAtası: Fuad Əhmədli ”kars”a salınıb