Aslan İsmayılovun məhkəməsi başlayıb

Hafiz Hacıyev: ”Sosial şəbəkələrdə məni ”canlı” adlandırmaqla təhqir edib”

Source:


Hafiz Hacıyev: ”Sosial şəbəkələrdə məni ”canlı” adlandırmaqla təhqir edib”

Fevralın 1-də Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda iddia məhkəmə icraatına qəbul edilib. Prosesin baxış iclası fevralın 7-nə təyin edilib.

Hafiz Hacıyev hüquqşünasın CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

A.İsmayılova dəstək məqsədi ilə onlarla insan məhkəməyə gəlsə də, prosesə buraxılmayıblar. A.İsmayılov məhkəməyə polis vasitəsilə gətirilib.

Hazırlıq iclasında H.Hacıyev özü də iştirak edib. O, A.İsmayılovun prezident və ailəsini, məmurları təhqir etdiyini söyləyib. H.Hacıyevin iddiasına görə, A.İsmayılov sosial şəbəkələrdə onu “canlı” adlandırmaqla təhqir edib, başqalarını şantaj edib pul aldığını deməklə böhtan atıb.

A.İsmayılov isə H.Hacıyevin iddiasının əsassız olduğunu bildirib.

A.İsmayılov hesab edir ki, onun cəzalandırılması sifarişdir. Cəzalandırılmasına səbəb isə Milli Onkologiya Mərkəzində korrupsiya halları, apteklərdə psixotrop tərkibli dərmanların reseptsiz satılması və s.haqda yaydığı materiallardır.

Ana səhifəXəbərlərAslan İsmayılovun məhkəməsi başlayıb