Vizalar XİN-in təqdir etdiyi ölkələrin vətəndaşlarına veriləcək
Azərbaycanda ASAN Viza sistemi yaradılır. Məqsəd əcnəbilərin ölkəyə gəlmək üçün viza almasını sadələşdirməkdir.
“Turan” İA-nin məlumatına görə, elektron sistemin layihəsi baxılmaq üçün bir ay ərzində dövlət başçısına təqdim olunacaq. Sistem işə başlayanda viza verilməsi üç gün ərzində mümkün olacaq.
Elektron vizaların siyahısı Azərbaycan XİN tərəfindən təsdiqlənməli və vizalar XİN-in təqdir etdiyi ölkələrin vətəndaşlarına verilməlidir. Bu barədə ASAN Xidmətin rəhbəri İnam Kərimov dekabrın 16-da yeni sistemin təqdimatı zamanı bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, viza verilməsi təkcə beynəlxalq hava limanlarında yox, bütün sərhəd-buraxılış məntəqələrində təmin edilməlidir. Onun sözlərinə görə, hazırda 12 ölkənin vətəndaşları aeroportlarda viza ala bilər: Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya, İndoneziya və Fars körfəzi ölkələri.
Vizaya görə dövlət rüsumu azaldılıb və 20 ABŞ dolları təşkil edir.
Təqdimat zamanı qeyd olunub ki, ASAN Viza sisteminin vizalarından 81 ölkənin vətəndaşları yararlana biləcək: ABŞ, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, BƏƏ, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, İngiltərə, Braziliya, Bruney, Cənubi Afrika, Çexiya, Çili, Çin, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Cənubi Koreya, Kosta Rika, Kuba, Küveyt, Qatar, Qvatemala, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monaco, Çernoqoriya, Monqolustan, Nepal, Hollandiya, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Sri Lanka, Tayland, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.