Artur Rəsizadədən büdcə sərəncamı

Ekspertlər hesab edir ki, neftin indiki qiyməti ilə bu büdcə minimum 3 milyard manat azaldılmalıdır

Source:


Ekspertlər hesab edir ki, neftin indiki qiyməti ilə bu büdcə minimum 3 milyard manat azaldılmalıdır

Baş nazir Artur Rasizadə yanvarın 27-də 2016-cı ilin dövlət büdcəsinin layihəsinin hazırlanması barədə sərəncam verib. Əgər yaxın 2-3 ayda neft bahalanmasa, gələn ilin büdcəsi bu ilkindən də az olacaq. Bu ilin göstəricilərində gəlir və xərclərə yenidən baxılması da mümkündür.

Maliyyə Nazirliyi sentyabrın 15-dək gələn il və qarşıdakı 3 ilin dövlət və icmal büdcələrinin layihələrinin hazırlanmasını başa çatdırmalıdır. Maliyyə Nazirliyi buna qədər bir ay müddətində Nazirlər Kabinetinə dövlət büdcəsinin gəlir və xərcləri üzrə komissiyanın tərkibini təqdim etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2015-ci il sentyabrın 10-dək Nazirlər Kabinetinə təqdim etməlidirlər. Dövlət Statistika Komitəsi bu il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2014-cü ilin ilkin statistik məlumatlarını 2015-ci il fevralın 5-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.

Qanunvericilik aktlarında dəyişikliklər də gözlənilir. Onlar fiskal orqanlar və başqa mənbələrdən dövlət büdcəsinin gəlirlərinin artmasına kömək etməlidir. Bu təkliflər 2015-ci il martın 1-dək təqdim olunmalıdır. Maliyyə Nazirliyi 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2015-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2015-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2015-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2015-ci il iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir. Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2015-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2015-ci il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

2015-ci il büdcəsinin gəlirləri 19 438 mln manat, xərcləri 21,1 mlrd manat təsdiq edilib.

Ekspertlər hesab edir ki, neftin indiki qiyməti ilə bu büdcə minimum 3 mlrd azaldılmalıdır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18,4 mlrd manat, xərcləri 18,7 mlrd manat olub (Turan İA).

Ana səhifəXəbərlərArtur Rəsizadədən büdcə sərəncamı