Konfliktoloq ifadə verməkdən imtina edir
Fevralın 23-də Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay – 2015-ci il avqustun 5-dək uzadıb.
Məlumatı “Amerikanın Səsi”nə vəkil Əfqan Məmmədov bildirib.
Vəkil məhkəmənin qərarını əsassız hesab edir və apellyasiya şikayəti vermək niyyətindədir.
O həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir.
A.Yunus 2014-cü il avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub.
Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Lakin Leyla və Arif Yunuslar ittihamları rədd edərək onları uydurma və siyasi motivli hesab edirlər.