Konfliktoloqun təzyiqi 200-dən aşağı enmir
Hazırda həbsdə olan konfliktoloq Arif Yunusun vəziyyəti ağırdır. Bunu onun vəkili Elçin Sadıqov deyir. Noyabrın 3-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Arif Yunusla görüşən vəkilin sözlərinə görə, o, 3-cü dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir: “Alman həkimi Kristian Vittin tələbi ilə müalicə müəssisəsinə köçürülüb. Hazırda təzyiqi 200-dən aşağı enmir”.
A.Yunus 2014-cü il avqustun 5-də – həyat yoldaşı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.
Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkiları onları “vicdan məhbusları” kimi tanıyıb.