Arif Əsgərovun qohumuna hökm oxundu

Emil Hüseynov məhkəmə zalından həbs edilib

Source:
Arif Əsgərov
Arif Əsgərov


Emil Hüseynov məhkəmə zalından həbs edilib

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun külli miqdarda dələduzluqda təqsirləndirilən baldızı oğlu Emil Hüseynova hökm oxunub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən, E.Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Hökm elan edilməmişdən əvvəl son söz deyən E.Hüseynov aldatmaq niyyəti olmadığını, iş qurmaq istədiyini, lakin müflis olduğunu deyib.

İttihama görə, E. Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət işi materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnrerpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

E.Hüseynov “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Ana səhifəXəbərlərArif Əsgərovun qohumuna hökm oxundu