Üzeyr Cəfərov: ”Jurnalist rəsmi mənbənin açıqlamasından sonra məlumatı yaymalıdır”
Son 2 g
ündə hakimiyyətin təsir dairəsində olan media resursları və bəzi sosial şəbəkə istifadəçiləri Müdafiə Nazirliyinin məlumatı olmadan cəbhə bölgəsində şəhid olanlar haqda xəbər yayanları vətənə xəyanətdə suçlayırlar. Hədəfdə hərbi ekspert Cəsur Sümərinli və Meydan TV-dir. Ancaq məlumatlar şəhid olan əsgərlərin yaxınlarına istinadən yayılır.
Meydan TV məsələni ekspertlərlə müzakirə edib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və hərbi jurnalist Üzeyr Cəfərov sualları cavablandırıblar.
“Əgər Müdafiə Nazirliyini əsas gətirirlərsə, o zaman biz çox dərinə gedə bilərik”
–
Arif b
ə
y, nec
ə hesab edirsiniz, Müdafiə Nazirliyinin məlumatı olmadan media hərbi əməliyyatlarda şəhid olan şəxsin yaxınlarına istinadən informasiya yaymalıdırmı?
– Bilirsiniz, bu, elə bir sualdır ki, cavab vermək də olmur. Əlbəttə, media məlumat yaymalıdır. Əlbəttə deyəndə, heç kim mətbuatın üzərinə bununla bağlı biləvasitə öhdəlik qoymur, amma heç kim qadağa da qoya bilməz ki, baş verənlər haqda məlumat verilməsin. Əksinə, KİV bu məsələni ictimai maraq doğuran mövzu kimi önə çəkə bilər.
–
Bəziləri hesab edir ki, Müdafiə Nazirliyi məlumat yaymırsa, mətbuat susmalıdır…
– Yox, bu, özfəaliyyətdir. “malı”, “məli” qaydaları, yaxud adət-ənənələri göstərir. Halbuki, nə qayda, nə də adət-ənənə yoxdur. Adi bir misal çəkim. Suriya və İraq müharibəsində məhz mətbuatın yazılarından sonra Müdafiə Nazirliyi məsələ ilə məşğul olmağa başladı. Bir daha deyirəm, öhdəlik yoxdur, sadəcə, peşə əxlaqı kodeksləri var, qaydaya görə, jurnalist yazanda təhrifə yol verməməlidir ki, həmin şəxsin yaxınları faciə yaşamasın.
–
Deməli, jurnalist və ya qəzet, sayt cəbhədə həlak olan şəxsin yaxınlarına istinadən məlumat yaya bilər?
– Bunu qadağan edən heç bir norma yoxdur. Əgər Müdafiə Nazirliyini əsas gətirirlərsə, o zaman biz çox dərinə gedə bilərik. Belə çıxır ki, korrupsiya halları haqda Korrupsiyaya qarşı Mübarizə İdarəsi məlumatı təsdiqləməmiş xəbəri yaymaq olmaz? Dövlət orqanlarının yanlışlıqları haqda dövlət orqanları məlumat vermədən məlumat yaymaq olmaz? Bu, çox təhlükəli istiqamətdir.
–
Ancaq cəbhədə şəhid olanların sayı barədə məlumat yaymağın xalqın əhval-ruhiyyəsinə pis təsir göstərəcəyini deyənlər də var…
– Əgər millətimiz şəhidliyi fəxr kimi qəbul edirsə, o zaman belə şeylər danışılmamalıdır. Yox, hər ölən haqda məlumat millətin torpaq və vətənə münasibətini dəyişərsə, o zaman bu millət olmadı ki! Bu cür yanaşmaları dərin düşüncənin nəticəsi hesab etmirəm. Çünki Azərbaycan xalqı dünyada müharibə aparıb itkilər vermiş, yaxud qələbələr qazanmış yeganə millət deyil və onun üçün fərqli qaydalar ola bilməz. Bəli, jurnalist informasiyanı dəqiqləşdirməlidir, belə hallarda şəhidin yaxınlarının hisslərini nəzərə almalıdır, hətta informasiya ikiqat dəqiqləşdirilməlidir. Bunlar başqa məsələlərdir. Ancaq sual qoymaq ki, informasiyanı verməli, yaxud verməməlidir, bu, dayaz düşüncənin məhsuludur.
“Müdafiə Nazirliyinin məlumatı açıqlanmadan kiminsə informasiya yayması kökündən yanlış və prosesə ziyan verəcək hərəkətdir”
Üzeyr Cəfərov hesab edir ki, Müdafiə Nazirliyinin məlumatı olmadan media hərbi əməliyyatlarda şəhid olan şəxsin yaxınlarına istinadən informasiya yaya bilməz:
“Hesab edirəm ki, yaymamalıdır. Bilirsiniz, müharibə zamanı hər hansı məlumatın vaxtından əvvəl açıqlanması ümumi əhval-ruhiyyəyə təsir edə bilər. Onsuz da Müdafiə Nazirliyi öz əsgəri və zabiti haqda məlumat yayır, gec-tez məsələsi var. Mən 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində Füzuli istiqamətində aparılan döyüş zamanı bir epizodu xatırlatmaq istəyirəm. VI taborda ataları əsirlikdə olan iki qardaş döyüşürdü. Döyüşə bir neçə dəqiqə qalmış qardaşlardan biri gərginliyə dözməyib özünü güllələdi. Hadisə ikinci qardaşın yanında olmuşdu. Biz cəsədi arxaya göndərəndə hansı psixoloji təsirin olduğunu bilirdik. Bəziləri belə qiymət verirdi ki, döyüş başlamadan itkilər var. Amma qardaşı çıxıb dedi ki, atamızın əsirlikdə olduğuna dözməyib qardaşım özünü güllələdi. Ona görə Müdafiə Nazirliyinin məlumatı açıqlanmadan kiminsə informasiya yayması kökündən yalan və prosesə ziyan verəcək hərəkətdir. Çünki müharibəni fərdlər yox, Müdafiə Nazirliyi aparır.
–
Ancaq “Yeni N
əsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, bununla bağlı xəbər yaymağı qadağan edən heç bir qayda yoxdur…
– Arif bəyə böyük hörmətim var, tanınmış media nümayəndələrindəndir. Amma 25 il hərbi xidmətdə olan, müharibəni keçən və hamımızla bir yerdə ordumuzun qələbəsinə sevinən şəxs kimi demək istəyirəm ki, bu norma var. Bu norma ondan ibarətdir ki, yazılmış və yazılmamış qanunlar var. Əgər şəxs vətən yolunda şəhid olubsa, Allah rəhmət etsin. Sadəcə, biz, ictimaiyyət nümayəndələri, rəsmilər bu istiqamətdə işləməliyik, anlatmalıyıq ki, müharibədə itkilər olur, itkisiz müharibə mümkün deyil.
–
B
əs, jurnalist bunlar barədə ictimaiyyəti məlumatlandırmalıdırmı?
– Bir daha deyirəm, jurnalist rəsmi mənbənin açıqlamasından sonra məlumatı yaymalıdır. Müharibənin qaydaları var. 2014-cü ilin avqustunda cəbhə bölgəsində baş verən hadisələrdən sonra rəsmi sənəd ortaya çıxdı, bildirildi ki, rəsmi məlumat olmayınca, xəbəri yaymaq ümumi işə çox böyük ziyandır. Azərbaycanda müharibə haqqında qanun var, ölkənin müdafiəsi və təhlükəsizliyi məsələlərinin hamısı müharibə anlayışına gəlir.
–
Ancaq
hələ müharibə elan olunmayıb…
– Başa düşürəm, müharibə elan etməsək də, üstümüzə rus-erməni birləşmələri gəlir. Ona görə çox diqqətli olmalıyıq. Onsuz da ölkə başçısı dedi ki, şəhid olan hər kəsin qiyməti veriləcək.
–
Bir m
əqam da var, əgər millətimiz şəhidliyi fəxr kimi qəbul edirsə, bu məsələlərə niyə qadağa qoyulmalıdır, nədən məlumatlar ictimailəşməməlidir?
– Bir daha deyirəm, hər şeyin zamanı var. Azərbaycan kiçik ölkədir, bir ucu Qazaxda, o biri ucu Xaçmazda, məsafə 7-8 saatlıqdır. Belə bir yerdə məlumatı gizlətmək mümkün deyil. Həm də söhbət məlumatın gizlədilməsindən yox, vaxtından əvvəl yayılmasından və bunun vətəndaşın, ordunun əhval-ruhiyyəsinə təsirindən gedir.
–
H
ərbi ekspert Cəsur Sümərinli və Meydan TV şəhid olanların yaxınlarına istinadən siyahı yaydı. Siz bunu necə qiymətləndirirsiniz?
– Hörmətli dostumuz Cəsur Sümərinli Almaniya Respublikasında oturub cəbhə bölgəsindən xəbər verir, biz isə Azərbaycandayıq. Hələ görməmişəm ki, Müdafiə Nazirliyi bu barədə xəbərləri gizlətsin. Mənim istəyim budur ki, biz ordumuzun gördüyü işi qiymətləndirib müsbətin üstünə müsbət gətirək. Mən Müdafiə Nazirliyinin siyahısına daha çox inanıram, nəinki başqa siyahılara. Bilirsiniz ki, hərbi sahədə daha çox danışanlardanam, amma bir nəfər də olsun övladının şəhid olduğunu və nazirliyin də bunu gizlətdiyini deməyib.