Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir
Bu gündən başlayaraq aprelin 25-dək ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.
Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olunması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.
Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.