“Anonymous”un budəfəki hədəfi Rusiyadır?

Haker qrupları. Foto: Raland/shutterstock

Ekranlarda: “Oğullarınızı və ərlərinizi qəti ölümə göndərməyin”

Rusiya Müdafiə Nazirliyinin məlumat bazası sındırılıb.

Həmçinin Rusiyanın bəzi hökumətə yaxın telviziya kanalları, informasiya saytları da hack edilib.

Bu haker hücumuna görə məsuliyyəti “Anonymous” haker qrupları öz üzərlərinə götürüb.

Bu barədə “Facebook” sosial şəbəkəsində yazan “Anonymous” bildirib ki, onlar həmçinin Rusiya İnformasiya Agentliyinin üç saytını da sındırıblar.

Fevralın 28-də Rusiyanın TASS, “Fontanka” və “Kommersant” internet saytlarına daxil olarkən xəta mesajları peyda olub və saytları yükləmək mümkün olmayıb.

Qrup Kremlin dəstəklədiyi “Russia Today” kanalına və Kremlin saytına hücum etdikdən sonra Rusiyanı “bu çılğınlığı dayandırmağa” çağırıb.

Görünən odur ki, Rusiyanı “Anonymous”un hədəfinə gəlməsinin səbəbi Ukraynaya hərbi müdaxiləsidir.

Qrupun kiber hücumları nəticəsində “Russia Today” internet saytı çöküb.

Kremlin və Rusiya Müdafiə Nazirliyinin saytları hələ də açılmır.

“Anonymous”un Rusiya dövlət telekanallarını sındıraraq, Ukraynaya dəstək məzmunlu vətənpərvər mahnılar və işğaldan görüntülər yerləşdirib.

Rusiya Müdafiə Nazirliyi. Foto: Ultraskrip/shutterstock

Qrup “Twitter” hesabında bildirir ki, Rusiya dövlət telekanalları “Anonymous” tərəfindən Ukraynada baş verənlər haqqında həqiqəti yayımlamaq üçün sındırılıb.

“Fontankaya” daxil olmaq istəyərkən isə ekrana belə bir mesaj gəlib: “Hörmətli vətəndaşlar. Sizi bu çılğınlığa son qoymağa çağırırıq, oğullarınızı və ərlərinizi qəti ölümə göndərməyin”.

“Kommersant”ın saytına daxil olmaq istəyəndə isə ekrana “saytla əlaqə saxlamaq mümkün deyil” mesajı gəlib.

ABŞ-ın Mandiant kibertəhlükəsizlik firmasının məsləhətçisi Jamie Collier bu fəaliyyəti birbaşa “Anonymous” ilə əlaqələndirməyə çətinlik çəkir.

Bununla belə, deyir ki, “Anonymous” kollektivinin bu cür fəaliyyəti həyata keçirmək təcrübəsi var: “Bu, onların imkanlarına çox uyğundur”.

“Russia Today” saytı öz internet səhifəsində hücumların sırf “Anonymous”a aid olduğunu bildirib.

Kanalın sözçüsü bildirib ki, “Anonymous”un bəyanatından sonra RT-nin internet saytları əsasən ABŞ-da yerləşən təxminən 100 milyon cihaz tərəfindən kütləvi “DDoS”!hücumlarının obyektinə çevrilib.

Ana səhifəDünya“Anonymous”un budəfəki hədəfi Rusiyadır?