O, son olayları ABŞ-da “Parlament Spikerlərinin IV Dünya Konsransı”nda Oqtay Əsədovla müzakirə edəcək
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser Xədicə İsmayıl barədə çıxarılan 7,5 il həbs hökmündən təəssüflənib.
“Bugünki hökm məni çox təəssüfləndirdi. Bu hökm Azərbaycan məhkəmə sistemində ciddi və sistemli problemlərin olduğunu göstərir”, – deyə AŞPA prezidenti bildirib.
Anne Brasser Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə, insan haqları müdafiəçilərinə və müstəqil jurnalistlərə qarşı sərt basqıları dayandırmağa çağırıb.
O, həmçinin qeyd edib ki, ABŞ-da “Parlament Spikerlərinin IV Dünya Konsransı”nda (sentyabrın 2-də) bu məsələni Oqtay Əsədovla müzakirə edəcək (Turan İA).