SMDTM rəhbərləri alqışlarla qarşılanıb
Bakı Apellyasiya məhkəməsi Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli və daha iki fəalın apellyasiya şikayəti üzrə avqustun 18-nə təyin etdiyi ilkin baxışı təxirə salıb. Baxışın təxirə salınmasına səbəb ittiham edilənlərdən birinin vəkilinin məhkəməyə gəlməməsidir.
Bununla bağlı hakim Əflatun Qasımov iclası avqustun 22-si saat 11:00-a təyin edib.
SMDTM rəhbəri Anar Məmmədli bu il mayın 26-da 5,5 il, icraçı direktor Bəşir Süleymanlı 3,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar vergidən yayınmaqda, qanunsuz sahbkarlıqda, məniməsəmədə və s. ittiham edilirlər.
Məhkəmə baxışına gələn müttəhimlərin tərəfdarları A.Məmmədli və B.Süleymanlını alqışlarla qarşılayıblar. A.Məmmədli və B.Süleymanlı şux görünürdülər və zala toplaşanları jestlərlə salamlayırdılar.
Hüquq müdafiəçilərinin fikrincə, fəalların həbslərinin əsl səbəbi 2013-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərində saxtalaşdırma faktlarını ifşa etmələridir.
Müdafiə tərəfi məhkumların tam bəraət alması niyyətindədir