Növbəti proses aprelin 28-də olacaq.
Aprelin 21-də Bakı Ağır Cinayətlər dair Məhkəmədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədlinin və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda vəkil Elçin Sadıqov müdafiə etdiyi şəxsin barmaqlıqlar arasından çıxarılması, vəkillərinin yanında oturması barədə vəsatət verib. Vəsatət təmin edilib. Vəkillər Elçin Sadıqov və Fariz Namazlı daha sonra prosesdə jurnalistlərə çəkiliş aparılmasına şərait yaradılması, cinayət işinə xitam verilməsi, müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər veriblər.
Məhkəmə müşavirə keçirəndən sonra əlavə şahidlərin dindirilməsi barədə vəsatəti təmin etsə də, digərlərini rədd edib.
Növbəti proses aprelin 28-nə təyin edilib.