Anar Məmmədli və Bəşir Süleymanlını şüşə qəfəsə salıblar

Hakim onların ev dustaqlığına buraxılması vəsatətini qəbul etməyib

Source:


Hakim onların ev dustaqlığına buraxılması vəsatətini qəbul etməyib

Avqustun 22-də Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı ictimai birlyinin rəhbəri Elnur Məmmədovun işi üzrə şikayətə baxıb.

Meydan TV-in məhkəmədə olan əməkdaşının bildiridiyinə görə, təqsirləndirilən şəxslərin şüşə qəfəsə salınması narazılıqla qarşılanıb. Vəkil



Fariz Namazlı müdafiə etdiyi şəxslərin qəfəsdən çıxarılıb onlarla bir yerdə oturması vəsatətini qaldırsa da, hakim Əflatun Qasımov

vəsatəti təmin etməyib.

Bundan sonra vəkillər Anar Məmmədli və Bəşir Süleymanlının ev dustaqlığına buraxılması, iş üzrə qalan şahidlərin dindirilməsi, ümumiyyətlə işə yenidən baxılması ilə bağlı vəsatətlər qaldırıblar. Amma hakim bu vəsatəti də qəbul etməyib.

Növbəti proses sentyabrın 5-ə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.

Ana səhifəXəbərlərAnar Məmmədli və Bəşir Süleymanlını şüşə qəfəsə salıblar