Azyaşlının dünyaya gətirdiyi körpə ölüb (yenilənib)

Foto: Sosial Xidmətlər Agentliyi

Körpə isə hələ də xəstəxanadadır

***

11 yaşlı ananın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi körpənin vəfat etdiyi deyilir.

Bu barədə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Neonotologiya şöbəsindən məlumat verilib.

Bildirilir ki, körpənin ölümünə səbəb ciddi tənəffüs çatışmazlığı və ürəkdə olan anadangəlmə qüsur olub.

***

11 yaşında ana olan qız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sosial sığınacağına yerləşdirib.

Bu barədə Meydan TV-yə agentlikdən məlumat verilib.

Bildirilir ki, yeni ana olan azyaşlının səhhəti nisbətən yaxşılaşıb, körpə isə hələ də xəstəxanadadır. Azyaşlı ilə yanaşı anası da sığınacağa yerləşdirilib.

Baş Prokurorluq isə İmişli rayonunda 11 yaşlı ögey qızını zorlamaqda ittiham edilən şəxsin həbs edildiyini açıqlayıb.

İlkin məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərAzyaşlının dünyaya gətirdiyi körpə ölüb (yenilənib)