Kamran Əliyev: 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Foto: Report

“Bu, çox ciddi məsələdir və nəzarətdə saxlayacağıq”

İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Baş prokuror Kamran Əliyev “Report”a açıqlamasında belə deyib.

Bildirib ki, hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmalara başlanılıb və cinayət işi açılıb.

“Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud olan sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayacağıq”, – Baş prokuror deyib.

Azərbaycanda 11 yaşlı uşaq ana olub.

O, 31 həftəlik hamiləliklə Respublika Klinik Xəstəxanasına gətirilib.

Oktyabrın 29-da uşaq qeysəriyyə əməliyyatı ilə götürülüb və ana reanimasiyaya, uşaq isə neonotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.

Ana səhifəSosialKamran Əliyev: 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb