ANA (Avropa yazıları – 1)

“Layiq olsaydın, sənə də bir şeir həsr edərdim”

Source:

Radikal paternalist imperiya olan Üçüncü Reyxdə, qadınlar “Ari irqinin artımında iştirak edən, özlərini Reyxin əsgərlərinə təslim etməli olan varlıqlar” kimi tərif olunurdu. Bu tərif, bilavasitə Adolf Hitler tərəfindən “Mein Kampf”da yer alıb. Maraqlıdır ki, kişi dominantasının hakim olduğu bir toplumda, özünəməxsus qadın kultunun, ana bütünün olması antifeminist ovqatla əsla ziddiyyət təşkil etmirdi. İkinci sinif varlıq olduqlarını bilən qadınlar, onlar üçün təyin olunan “müqəddəs ana” rolu ilə razılaşmışdılar və nasist Almaniyasında bu rolu sevə-sevə icra edirdilər. Lap Azərbaycandakı kimi.

Anası haqqında xatirələrini paylaşan Günel Mövluda Azərbaycan və Avropadan başlayan hücumlardan sonra ana bütü və onun dağıdılması zərurəti haqqında bir daha düşündüm. Bu günün Avropasında bu büt artıq çoxdan dağıdılsa da, Azərbaycanda “ana-bacı” diskursu azərbaycanlıların əsas fetişlərindən biri olaraq qalır.


Günelin anası

Hərçənd Günel anasını təhqir, ifşa etməmişdi, sadəcə uşaqlıq xatirəsini, anasının uğursuz abort hekayətini qələmə almışdı. Başa düşülmək ümidi ilə acısını paylaşmışdı. Başlayan vay-şüvən isə “Adam anası haqda belə sözlər yazmaz” qədər trivial klişe ilə izah olunurdu. Hətta İsveçrədə yaşayan gənc bir xanım dostumuz “Günel anlamır ki, bu cındırlarla məhrəm hisslər bölüşülməz?” deyə soruşmuşdu. Haqlı sualdır, amma harda yazılıb ki, yazıçı oxucunun nazı ilə oynamalı, onun sifarişlərini yerinə yetirməli, hələ bir üstəlik məhrəm hisslərini bölüşərkən başa düşülməməkdən qorxmalıdır? Elə şey yoxdur. Ona qalsa azərbaycanlıların yazılmasını istəmədikləri nə çox mövzu var. Azərbaycanlılar – tələbləri diqqətə alınacaq qədər böyüməyiblər və belə bir lüksə malik deyillər.

Yazıçı naturasından, yaradıcı insanın narahat təbiətindən; axtarışlarla keçən ömürdən; şüurlu surətdə özünü oda-közə atmalardan; hədəfə çevrilmək bahasına yazılan acı, iti cümlələrdən; nəhayət heç bir ölçüyə sığmayan kədərdən – onlar nə anlarlar?


Mişelin anası

Klassik və çağdaş ədəbiyyatda ana bütünün sındırılıması cəhdlərinə rast gəlmək olar. Mənim üçün ən maraqlı nümunə dünya şöhrətli fransız yazıçısı Mişel Uelbeklə anası arasındakı münasibətdir. Postmodern ədəbiyyatın parlaq nümayəndələrindən biri hesab olunan Uelbek “Xəritə və ərazi”, “Elementar hissəciklər”, “Platforma” kimi görkəmli romanların müəllifidir. Uelbek 1991-ci ildən bəri anasının üzünü görməyib, onların arasındakı konfliktdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çətin olsa da, ən azından anasının “Elementar hissəciklər” romanı haqqında “məntiqsiz söz yığını” deməsi, bu qadının təfəkkürü haqqında çox şeydən xəbər verir. “Elementar hissəciklər” alman kinomatoqrafi tərəfindən də ekranlaşdırılan, intellektual yükü baxımından deyərdim ki, Uelbekin digər romanlarını üstələyən mükəmməl bir sənət əsəridir.

Əlbəttə zövqlər müxtəlifdir, ya da ola bilsin qadın bu əsəri sadəcə başa düşməyib. Sonuncu ehtimal daha güclüdür. Lakin Mişel Uelbek anası haqqında “qəhbənin, qancığın yekəsidir” deyəndə Avropa toplumu bu sözləri təbəssümlə qarşıladı. Uelbekə bununla bağlı hücumlar olmadı, heç kəs onu ittiham etmədi, anasının bulvar mətbuatına verdiyi bir-iki müsahibəni nəzərə almasaq, bu mövzu unuduldu getdi.

Mişel Uelbek isə dünyada oxunmağa, nüfuzlu mükafatlar almağa və milyonlarını qazanmağa davam edir.


Mənim anam

Yadımdadır, ilk kitabım “Mən əclafam”da (2005) bir misralıq “Ana” şeirini oxuyanlar da mənə “Utanmırsan? Ayıb deyil?” deyə sual etmişdilər. Şeir isə beləydi “Layiq olsaydın, sənə də bir şeir həsr edərdim”.

Gözümü açandan ana görməyən, ana nədir bilməyən mən ağlım kəsməyə başlayanda “anam kimdir, hardadır?” sualına atamdan “heç soruşma, ləyaqətsizin, alçağın biridir” cavabını eşitmişdim və bu cavab mənə bəs eləmişdi. Sonralar mən bu qadını bir neçə dəfə gördüm. Gördüm və atamın haqlı olduğunu anladım, bütün suallarıma cavab tapdım. Sizdə dolğun təsəvvür yaratmaq üçün bircə onu deyə bilərəm ki, bioloji mənada anam olan bu qadın – Gülər Əhmədova, Sevinc Babayeva və falçı Məlahətin hibridi kimi bir şeydir. Yəni rəzil məxluqdur. Nəinki mənim anam olmağa layiq deyil, onun kimiləri ümumiyyətlə yaşamamalıdır, oksigen tükətməməlidir. Mümkün qədər tez gəbərib getməlidir.

Ləyaqətsiz insan ləyaqətsiz insandır. Meyar budur, bu olmalıdır. Qurtardı getdi. Ləyaqətsiz, alçaq, şərəfsiz, oğru sənin atan da, anan da, bacın-qardaşın, xalan, bibin, dayın, əmin də olsa, on(lar)dan imtina etməyə özündə güc, iradə tapmırsansa daim hədəfdə olacaqsan. Necəmi? İzah edirəm.

Bilirsinizmi azərbaycanlılar qohum-əqraba, ata-ana, bacı-qardaş bütünün sındırılmasını niyə həzm edə bilmirlər? Təbii ki, ən ciddi səbəb, özlərinin dolablarındakı skeletləri açıb-tökməyə cəsarətləri çatmadığına görə. Onlar sənin cəsarətini qısqanırlar. Amma bundan da önəmlisi, sənin öz anan-atan, qohum-əqraban, bacın-qardaşın haqqında deyəcəklərini istəyirlər vaxtı gələndə özləri sənə desinlər, bunları kompramat kimi sənin əleyhinə çevirsinlər, səni “ifşa” etsinlər. Sən bunları bəri başdan özün açıq-saçıq dilə gətirəndə, onları silahsız edirsən. Sən göstərəndə ki, bunları demək sənin heç s…inə də deyil, onlar narahat olurlar. Bu səfər də başlayırlar “buna bax, utanmır, gözü ilə görən oğraşdır” ədəbiyyatına. Durun s…dirin burdan. Guya siz lazım gəlsə kimisə utandırmaq, gözdən salmaq, təhqir etmək istəyəndə ailə üzvlərinin hər-hansı “ÇePe”-sini üzünə vurmağa, el-aləmə yaymağa hazır dəyyuslar, biqeyrətlər deyilsinizmi? Yoxsa belə şeylər sizin ağlınıza da gəlməz?

Hər qoyun öz ayağından asılır. Hər kəs özünə görə cavabdehdir. Tayfa-klan modunda yaşayan azərbaycanlılar, bu sadə həqiqəti anlamağa qadir deyillər. Onları qohumbazlıq, yerlibazlıq zindanından xilas etmək isə sizif əməyi kimi bir şeydir. “Ətini yesəm də, sümüyünü atmaram” – budur bunların həyat düsturu. Təkrardan ziyan gəlməz – Azərbaycan insanının qohumbazlığı, qohumbazlıq da deyil, fetişdir.

Xoşbəxt o kəslərdir ki, qohumbazlıq-yerlibazlıq zindanından xilas olublar. Xoşbəxt mənəm ki, ana-bacı-qardaş sarıdan bəxtim gətirməsə də, dünyanın ən yaxşı insanları ilə dostam. Mənim dostlarım arasında qohumbazlıq-yerlibazlıqdan əziyyət çəkən bircə nəfər də yoxdur. Mən bakılılarla məzələnəndə, onları ifşa edəndə Elmir Mirzəyev “Şəkililər hesab edirlər ki, yumor onların monopoliyasındadır”, başqa qazaxlı dostum “Ən tərbiyəsiz, pozğun camaat bizim qazaxlılardır” deməklə, Firudin Allahverdi isə Şəmkir haqqında dəhşətli hekayələr danışmaqla “siz bakılılar tək deyilsiniz” mesajını verirdilər.

Dostlarım üçün çox darıxmışam.

İkinci yazıda Avropadakı azərbaycanlılar haqda oxuyacaqsınız. Pop-kornlarınızı indidən hazırlayın.

Ana səhifəMənim FikrimcəANA (Avropa yazıları – 1)