”Amnesty İnternational” ”Nardaran işi” ilə bağlı bəyanat verdi

”Işgəncəyə məruz qalanlar təcili müalicə olunmalıdır”

Source:


”Işgəncəyə məruz qalanlar təcili müalicə olunmalıdır”

“Azərbaycan hökumətini Taleh Bağırzadə  və digər 17 nəfərin ədalətli məhkəmə hüququnun pozulmasını və  işgəncə faktlarını araşdırmağa çağırırıq”.

“Turan”-ın məlumatına görə, “Amnesty İnternational” beynəlxalq  təşkilatının sənədində deyilir ki, işgəncə altında alınan ifadələr sübut  kimi qəbul oluna bilməz və həmin şəxslər  azad  edilməlidir.

Təşkilat həmçinin hesab edir ki, dindarları  işgəncəyə məruz qoyan  şəxslər məsuliyyətə cəlb olunmalı, həbs zamanı işgəncəyə məruz qalan Cahad Babakişiyev, Şamil Abdullayev və Bəhruz Əsgərov təcili  müalicə olunmalıdır.

“AXCP sədrinin müavini  Fuad Qəhrəmanlı qeyd- şərtsiz  azad edilməlidir. Çünki o, fikrin ifadə olunması hüququna görə  həbs olunub. Təşkilat  onu  vicdan məhbusu elan edib” – bəyanatda deyilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə “Müsəlman Birliyi” təşkilatının lideri Taleh Bağırzadənin və digər 17 müttəhimin barəsində hökm çıxarılıb.

T.Bağırzadə hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə hazırlıqda ittiham olunaraq 20 il azadıqdan məhrum edilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə 10 il azadlıqdan məhrum edilib. Digərlərinə uzunmüddətli həbs cəzası verilib.

Ana səhifəXəbərlər”Amnesty İnternational” ”Nardaran işi” ilə bağlı bəyanat verdi