Amnesty İnternational İntiqam Əliyevin vəziyyətindən narahatdır

Təşkilat Azərbaycan hakimiyyətini İ.Əliyevi dərhal azad etməyə və ona lazımi yardımın göstərilməsini təmin etməyə çağırır

Source:


Təşkilat Azərbaycan hakimiyyətini İ.Əliyevi dərhal azad etməyə və ona lazımi yardımın göstərilməsini təmin etməyə çağırır

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı “vicdan məhbusu” İntiqam Əliyevin səhhətinin pisləşməsindən və ona tibbi yardımın göstərilməsindən imtina edilməsindən narahatdır.

Amnesty İnternational Azərbaycan hakimiyyətini İ.Əliyevi dərhal azad etməyə və ona lazımi yardımın göstərilməsini təmin etməyə çağırır.

Bəyanatda həmçinin İ.Əliyevin müdafiə hüququnun məhdudlaşdırılması ilə bağlı narahatlıq ifadə olunur.

Kürdəxanı təcridxanasında saxlanılan İ.Əliyev oktyabrda müayinə edilib. Onda osteoxondroz və protruziya (bel yırtığı) aşkar edilib. Buna baxmayaraq, onu kamerada saxlayaraq ambulator müalicə təyin ediblər ki, bu da nəticə vermir.


* İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. İ..Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.


Amnesty İnternational


İ.Əliyevi”vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərAmnesty İnternational İntiqam Əliyevin vəziyyətindən narahatdır