Amnesty International: Hakimiyyət ReAL-çıları dərhal azad etməlidir

”Üç siyasi fəalın son həbsi ölkədə ifadə və birləşmək azadlığı hüquqlarına hakimiyyət orqanlarının davamlı sərt münasibətinin göstəricisidir”

Source:


”Üç siyasi fəalın son həbsi ölkədə ifadə və birləşmək azadlığı hüquqlarına hakimiyyət orqanlarının davamlı sərt münasibətinin göstəricisidir”

Azərbaycan hakimiyyəti dərhal və qeyd-şərtsiz Elşən Qasımov, Natiq Cəfərli və Toğrul İsmayıl qarşı ittihamları ləğv etməli və onlar azad olunmalıdı.

Bu açıqlamanı

Amnesty International Təşkilatı

yayıb.

Açıqlamada bildirilib ki, müxalifət REAL təşkilatının üç siyasi fəalının son həbsi ölkədə ifadə və birləşmək azadlığı hüquqlarına hakimiyyət orqanlarının davamlı sərt münasibətinin göstəricisidir.

Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Natiq Cəfərovu Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilir.

Avqustun 17-də Natiq Cəfərlinin apellyasiya şikayətinə baxılacaq.

Ana səhifəXəbərlərAmnesty International: Hakimiyyət ReAL-çıları dərhal azad etməlidir