Amerikalılar Brent neftinin 40 dollara düşəcəyini proqnozlaşdırır

“Bu ona gətirib çıxaracaq ki, ya Səudiyyə Ərəbistanı, ya da OPEK-ə daxil olmayan ölkələr hasilatı azaltmaq məcburiyyətində qalacaqlar”

Source:


“Bu ona gətirib çıxaracaq ki, ya Səudiyyə Ərəbistanı, ya da OPEK-ə daxil olmayan ölkələr hasilatı azaltmaq məcburiyyətində qalacaqlar”

Bank of America Merrill Lynch ekspertləri hesab edirlər ki,yaxın gələcəkdə Brent markalı neftin bir bareli 40 dollara qədər  ucuzlaşacaq.

Bank of America Merrill Lynch analitik hesabatına istinadən Reuters xəbər  verir ki, Brent markalı neft 40 dollara qədər ucuzlaşacaq ki, bu da Səudiyyə Ərəbistanı daxil olmaqla əsas neft hasilatçılarına hasilatı azaltmaqdan başqa seçim imkanı qoymayacaq.

Ekspertlərin fikrincə  ABŞ WTI markalı neftin bir barrelinin qiyməti 35 dollara qədər azalacaq. Bu ona gətirib çıxaracaq ki, ya Səudiyyə Ərəbistanı, ya da OPEK-ə daxil olmayan ölkələr hasilatı azaltmaq məcburiyyətində qalacaqlar.

Bank of America Merrill Lynchdə qeyd edirlər ki, neft bazarında artım ya kartelə daxil olan ölkələrin hasilatı azaldacağı və ya tədarükü məhdudlaşdıracağı halda mümkündür. Ancaq hələlik bu tələblərin heç biri yerinə yetrilməyib.

United-ICAP şirkətinin eksperti Valter Zimmermanın fikrincə, kotirovkaların gələcəkdə azalması emosional qərar olacaq. Bu azalmanın tələb və təklifə heç bir adiyyatı yoxdur.

Oxford Economics Ltd. şirkətinin hesabatına əsasən neft qiymətlərinin azalmasından ən çox Filippin faydalanacaq. Bir barel neft üçün 40 dollar səviyyəsində ölkə iqtisadiyyatı iki ildə 7.6 faiz artacağı halda, Rusiya ÜDM növbəti iki il ərzində 2.5 faiz azalacaq.

caspianbarrel.org

Ana səhifəXəbərlərAmerikalılar Brent neftinin 40 dollara düşəcəyini proqnozlaşdırır