AMEA-nın keçmiş əməkdaşı dələduzluqda təqsirləndirilir

Arifə Cahangirova nəşriyyat işi görmək üçün 2 nəfərdən pul alıb

Source:


Arifə Cahangirova nəşriyyat işi görmək üçün 2 nəfərdən pul alıb

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arifə Cahangirovanın məhkəməsi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. A. Cahangirova əvvəllər AMEA-da dizayener işlədiyini deyib. Bildirib ki, 2016-cı ilin sentyabrında öz ərizəsi ilə oradakı vəzifəsindən azad edilib.

Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.

Dələduzluqda təqsirləndirilən A.Cahangirova nəşriyyat işi görmək üçün 2 nəfərdən pul alıb.

Zərərçəkmişlərdən biri 69 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə A.Cahangirovaya verdiyini iddia edir.

Ana səhifəXəbərlərAMEA-nın keçmiş əməkdaşı dələduzluqda təqsirləndirilir