Altı ayda 110 qadın 28 uşaq intihar edib

Nadir İsmayılov: ”Son illərdə Azərbaycanda intihar 4-5 dəfə artıb, əvvəllər bu dərəcədə deyildi”

Source:


Nadir İsmayılov: ”Son illərdə Azərbaycanda intihar 4-5 dəfə artıb, əvvəllər bu dərəcədə deyildi”

2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin I yarım ili üzrə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində isə 72 qadın və 19 uşaq ölüb.

2016-cı ilin 6 ayında qadınlara qarşı törədilmiş cinayətlərin 2563-ü açılıb, 482-si bağlı qalıb.

Meydan TV intihar hallarının statistikası və intiharı doğuran səbəblərlə bağlı Tibb Universitetinin professoru, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılovla əlaqə saxlayıb.

Nadir İsmayılov
Nadir İsmayılov

N.İsmayılov bildirib ki, son illərdə Azərbaycanda intihar 4-5 dəfə artıb: “Əvvəllər bu dərəcədə deyildi. Səbəb sosial-iqtisadi problemlərdir. İnsanlar da çox həssas olub, kimin xətrinə bir balaca dəyirsən, affekt vəziyyətə düşür”.

N.İsmayılov deyib ki, dövlət ölkədə sosial sahədə inkişafa nail olmalı, hüququ durumu və demokratiyanı gücləndirməlidir: “İntiharlarla məşğul olan mərkəzə ehtiyac var, bu sahədə təhqiqat aparılmalı və nəticələr ictimaiyyətə çatdırılmalıdır”.

Ana səhifəXəbərlərAltı ayda 110 qadın 28 uşaq intihar edib