Altay Göyüşov qərarı təhsil sistemi üçün itki hesab edir

”Özüm bu universitetdən narazı olsam da, müsbət cəhətləri vardı”

Source:


”Özüm bu universitetdən narazı olsam da, müsbət cəhətləri vardı”

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Qərarı Meydan TV-yə şərh edən tarixçi-alim Altay Göyüşov bildirib ki, universutetin təhsil sistemi Qərb standartlarına uyğun qurulduğundan kifayət qədər normal təhsil verə bilirdi: “Ancaq bununla belə, Qafqaz Universiteti də dünyada mövcud olan təhsil standartlarının hamısına cavab vermirdi. Akademik azadlıq bütün təhsil müəssisələrində olduğu kimi Qafqaz Universitetində də yox idi”.

Altay Göyüşov qərarı təhsil sistemi üçün itki hesab edir: “Çünki universitet təhsil sahəsində pozitiv addımların atılmasında müəyyən dərəcədə iştirak etmişdi. Özüm bu universitetdən narazı olsam da, müsbət cəhətləri vardı”.

Ana səhifəXəbərlərAltay Göyüşov qərarı təhsil sistemi üçün itki hesab edir