Almaniyadan deportasiya edilən azərbaycanlı özünə xəsarət yetirib (yenilənib)

Son məlumata əsasən, İ.Ələkbərov Azərbaycana göndərilib.

Source: Arxiv


18.29.


İyunun 1-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 28 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.


Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən "Turan" İA-a verilən məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

***


Əlövsət Əliyev: "Mayın 29-da 42 nəfər ekstradisiya olunub"

Mayın 31-də Almaniyadan deportasiya edilən Azərbaycan vətəndaşı İlkin Ələkbərovun özünə xəsarət yetirdiyi deyilir.

Bildirilib ki, Azərbaycan vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya idarəsi və polis əməkdaşlarının gözü önündə özünə xəsarət yetirib.

"Report.az" onun deportasiyaya etiraz edərək, ülgüclə qol damarlarını kəsdiyini yazıb: "Hadisə yerinə təcil yardım çağırılıb, yaralı xəstəxanaya çatdırılıb. Xəstəxanadan İlkin Ələkbərovun vəziyyətinin orta-ağır olduğunu deyilib".

Son məlumata əsasən, İ.Ələkbərov Azərbaycana göndərilib.

Miqrasiya məsələləri üzrə hüquq müdafiəçisi Əlövsət Əliyev Meydan TV-yə deyib ki, martın 30-da 62 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub: "Mayın 29-da isə 42 nəfər eksptradisiya edilib. Bizdə olan məlumata görə son 1 ayda qeyd olunanlarla yanaşı təkcə Fransaya deportasiya və ekstradisiyadan xilas olmaq üçün gedənlərin sayı 37 nəfərdir".

Ana səhifəSiyasətAlmaniyadan deportasiya edilən azərbaycanlı özünə xəsarət yetirib (yenilənib)