Onun Rusiyada heç bir gəlir mənbəyinin qalmadığı deyilir
Müğənni Alla Puqaçovanın Rusiyadakı son biznesini də ləğv etdiyi bildirilir.
Bu barədə “KP.RU” məlumat yayıb.
Nəşrin məlumatına görə, müğənninin artıq Rusiyada gəlir mənbələri yoxdur.
O, dizayner kimi modellərin yaradılmasında iştirak etdiyi ayaqqabı şirkəti ilə də işbirliyini dayandırıb.
İndi şirkətin saytında “Alla Puqaçova” ayaqqabıları kolleksiyasından yalnız bir neçə model qalıb, hamısı da endirimlə satılır.
Şirkət Puqaçovanın adının çıxarıldığını, malların “Premium” kolleksiyası adı ilə əvəzləndiyini təsdiqləyib.
2022-ci il vergi xidməti Puqaçovanın radio yayımı sahəsində fəaliyyət göstərən “ABP” MMC şirkətini ləğv etmişdi.
Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra aktyor Maksim Qalkin və onun həyat yoldaşı Alla Puqaçova övladları ilə birlikdə İsrailə köçüblər.
Hər iki sənətçi dəfələrlə Rusiyanın Ukraynada başlatdığı müharibəni pisləyib.
Bundan sonra Rusiya mətbuatında Maksim Qalkinə qarşı cinayət işi açıla biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Alla Puqaçova da Maksim Qalkinə görə Rusiya hökumətinə xəbərdarlıq edib.
“Maksimə qarşı iş açsalar, o zaman danışmağa başlayacağam və susmayacağam”, – Puqaçova deyib.