Ali Məhkəmə həbsinin bitməsinə 14 gün qalan Əziz Orucovu azad etmədi

Əziz Orucov. Foto: Meydan TV

Bu gün, noyabrın 13-də Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucovun hökmündən verilmiş kasassiya şikayətinə baxılıb. 

Prosesə hakim İlkin Rəcəbov sədrlik edib. 

Hakim şikayəti təmin etməyib.

Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2  (torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsilə ittiham irəli sürülüb.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

İş məhkəməyə gələndə qaçaqmalçılıq ittihamına xitam verilib.

Əziz Orucov bu il fevralın 26-da Səbail rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Əziz Orucovun həbs müddətinin bitməsinə 14 gün qalıb.

Ana səhifəSiyasətAli Məhkəmə həbsinin bitməsinə 14 gün qalan Əziz Orucovu azad etmədi