Aleksandr Lapşin tibb məntəqəsinə köçürülüb

Həkimlər blogerə taxikardiya diaqnozu qoyublar

Source:


Həkimlər blogerə taxikardiya diaqnozu qoyublar

Bakıda təcridxanada saxlanılan bloger Aleksandr Lapşin tibb məntəqəsinə köçürülüb. Həkimlər ona taxikardiya diaqnozunu qoyublar.

İki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməkdə günahlandırılır.

Blogerin vəkili Eduard Çernin “Turan”-a bildirib ki, aprelin 17-də Lapşin ürəyində ağrılardan şikayətlənib və özəl klinikaya müayinəyə aparılıb. Orada ona diaqnoz qoyulub.

A.Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə həbs edilib və Bakıya verilib. Ona qarşı dövlət sərhəddini qanunsuz keçmək və dövlət əleyhinə çağırışlar ittihamı üzrə cinayət işi qaldırılıb. Martda onun həbs müddəti uzadılıb.

Lapşinin həbsinə onun Dağlıq Qarabağa səfərləri və Qarabağın müstəqilliyinin tanınmasına çağırışlar edərək  erməni separatçıların xeyrinə təbliğat aparması səbəb olub.

Qanunsuz Azərbaycan ərazisinə daxil olan Lapşin Ukrayna pasportundan istifadə edərək ölkənin sərhəd xidmətini aldatması ilə öyünüb.

Ana səhifəXəbərlərAleksandr Lapşin tibb məntəqəsinə köçürülüb