Ləman Əliyeva albinosdur. Fərqli olmaq maraqlıdır deyir amma, bununla yanaşı çətinlikləri də var. Günəşli havada görmə zəifliyi dezavantaj olsa da bəzən üstünlüklərinin olduğunu da vurğulayır. Rəng fərqliliyi, fərqli rəngdə göz insanların marağına səbəb olur. Albinizm genetik xəstəlikdir. Orqanizmdə melanin piqmenti çatışmadığından saç, kiprik ağ rəngdə, dəri isə çəhrayı tonlarda olur. Albinoslara görmə qabiliyyətlərinin zəif olduğundan 1 – ci qrup əlillik statusu verilir. Görmə çətinliyi yaşasalar da, albinoslar üçün özəl dərsliklər yoxdur. Xüsusi xəstəlik olaraq qəbul edilmədiyindən dövlət tərəfindən hər hansı bir yardım yoxdur. Ləman daha anlayışlı, insanların mühakimə etmək yerinə anlaşıldığı bir cəmiyyətdə yaşamaq istəyir.