Aktrisa Xanım Qafarova vəfat etdi

O, iyulun 12-də müalicə olunmaq üçün İsrailə getməli idi.

Source:

O, iyulun 12-də müalicə olunmaq üçün İsrailə getməli idi.

İyulun 11-də günorta saatlarında ağır xəstəlikdən əziyyət çəkən Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Xanım Qafarova vəfat edib.

Bu barədə Lent.az-a mərhum aktrisanın bacısı oğlu məlumat  verib.

“Bu sözləri demək mənim üçün çox çətindir. Xalam son günlərinə qədər həyatla mübarizə aparırdı. O, həyatı sevirdi. Yeganə övladına və anasına görə narahat idi. Elə ancaq onları, əsas da az yaşlı qızını düşünürdü. Yeganə arzusu sağalıb, ayaq üstə durmaq idi…”.

Mərhum aktrisa 2009-cu ildən süd vəzi xərçəngindən əziyyət çəkirdi. O, iyulun 12-də müalicə olunmaq üçün İsrailə getməli idi.

Xanım Qafarovanın müalicəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutmalı idi.

Bundan əvvəl aktrisa Türkiyədə müalicə almışdı.

1967-ci il mayın 9-da Bakıda anadan olan aktrisa «Şirbalanın məhəbbəti», «Kənddən gələn var», «Yuxu», «Adam ol»  və «Qayanana» filmində çəkilib.

O, Prezident Mükafatçısı idi.

Ana səhifəXəbərlərAktrisa Xanım Qafarova vəfat etdi