AİHM: “Natiq Cəfərov hökumətlə dostca anlaşıb”

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Hökumət ərizəçiyə təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə yekun qərarını elan edib.

Məhkəmə “Natiq Cəfərov Azərbaycana qarşı” işini baxılacaq ərizələrin siyahısından çıxarıb. Lakin hökumət ərizəçiyə təzminat ödəməlidir.

Bu məhkəmə işi ərizəçinin məhkəməyə qədər həbs qərarının qanunsuz olması iddiaları ilə bağlı olub.
Şikayətdə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinadən iddia olunurdu ki, milli məhkəmələr ərizəçinin məhkəmədən əvvəl həbs edilməsi barədə qərarını əsaslandıra bilməyiblər.

2018-ci ildə göndərilmiş şikayətin kommunikasiyası zamanı tərəflər məhkəməyə dostca anlaşma təqdim ediblər.

Anlaşmaya əsasən, hökumət ərizəçiyə təzminat ödəmək, ərizəçi isə iddialarını geri çəkmək öhdəliyi götürüb. Anlaşmanı nəzərə alan məhkəmə, şikayəti baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçiyə ümumilikdə 3500 avro təzminat ödəməlidir.
Ərizəçini AİHM qarşısında vəkil Cavad Cavadov təmsil edib.

Ana səhifəSiyasətAİHM: “Natiq Cəfərov hökumətlə dostca anlaşıb”