AİB Azərbaycana 750 mln dollar ayırdı

İnvestisiya paylanma şəbəkəsi, yarımstansiyalar, sayğacların quraşdırılmasına yönəldiləcək

Foto: arxiv
Asiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı


İnvestisiya paylanma şəbəkəsi, yarımstansiyalar, sayğacların quraşdırılmasına yönəldiləcək

Asiya İnkişaf Bankı(AİB)regionların fasiləsiz elektrik enerjisi ilə təminatı üçün üç tranşla $750 mln ayıracaq. Bankdan Turan-a verilən məlumata görə, Bakıda problem yoxdur, amma avadanlıq köhnəldiyi üçün regionlarda vəziyyət pisdir.

“Yeni layihə şəhər və kəndlərin, yerli sahibkarların arasında qeyri-bərabərliyi ləğv edəcək” – deyə Mərkəzi və Qərbi Asiya üzrə departamentin baş direktoru Şon O`Sallivan bildirib.

1 mlrd dollar ($250 mln hökumətin payıdır) məbləğində müvafiq memorandum 2015-ci ilin mayında imzalanıb. İnvestisiya paylanma şəbəkəsi, yarımstansiyalar, sayğacların quraşdırılması və s yönəldiləcək.

İlk vəsait bu ilin ikinci yarısından 2018-ci ilin sonuna kimi daxil olacaq. Üçüncü tranş 2022-ci ilin sonu üçün ödəniləcək.

AİB 1966-cı ildə yaradılıb. Azərbaycan 22 dekabr 1999-cu ildən bu bankın üzvüdür. Bu ilin əvvəli üçün AİB Azərbaycana 59 layihə üzrə $2 mlrd 321,62 mln və texniki yardım kimi $22 mln ayırıb.

Ana səhifəXəbərlərAİB Azərbaycana 750 mln dollar ayırdı