Aİ95 markalı benzinin qiyməti artdı

“Dollar bahalaşdı, benzinin qiyməti də qalxdı”

Source:
Foto: Sosial şəbəkə
Foto: Sosial şəbəkə


“Dollar bahalaşdı, benzinin qiyməti də qalxdı”

Yanvarın 13-nə keçən gecə Azərbaycanda Aİ95 (Premium Euro-95) markalı benzinin qiyməti 1.05 olub. Bundan əvvəl həmin markalı benzinin qiyməti 0.95 manat idi.

Faktı Meydan TV-yə “İST Petrol”dan təsdiqləyiblər. Bildiriblər ki, digər markalı benzinlərin qiymətində hələlik artım yoxdur: “Dollar bahalaşdı deyə Aİ95-in də qiyməti qalxdı”.

İqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində qiymət artımına münasibət bildirib. O deyib ki, “Premium” markalı (Aİ 95) benzinin qiymətini Tarif Şurası müəyyən etmir: “Güya bu da “üzən” rejimdə olmalı, qiymət rəqabətli mühitdə müəyyən olunmalı idi. Sadəcə, bu ölkədə əsl rəqabət tək bir yerdə – toyda oynamaqda olur deyə, qiymət dəyişmədi. “Premium”u tək bir şirkət gətirdi və satdı, indi dollar bahalaşır-bahalaşacaq, Aİ 95 xaricdən valyuta ilə alınır, ona görə də, bu növ benzinin qiyməti qalxması təəccüblü olmayacaq.


Sadəcə, qiymət bahalaşsa, bu, Aİ 92 üçün də (hansı ki, qiyməti dövlət tərəfindən müəyyən olunur) qiymət artımına zəmin yaradacaq. Benzin də qalxsa, kommunal xidmətlərin və dolların da bahalaşdığını nəzərə alsaq, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçılmaz olacaq”.

Ana səhifəXəbərlərAİ95 markalı benzinin qiyməti artdı