Ağsuda sel fəsadlar törədib

Ən çox ziyan Maşadqanlı və Ağalarbəyli kəndlərinə dəyib

Source:
foto Turan İA
foto Turan İA

Ən çox ziyan Maşadqanlı və Ağalarbəyli kəndlərinə dəyib

Son günlər yağan güclü yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi qalxıb və yaranan güclü sel ciddi fəsadlar törədib. Ən çox ziyan Maşadqanlı və Ağalarbəyli kəndlərinə dəyib, burada və şəhərin özündə sel suları sahil-mühafizə bəndini uçurub.

FHN-in məlumatına görə, sel suları dağlıq zonada yerləşən Kalva kəndini rayon mərkəzi ilə birləşdirən yolun üzərindəki körpü ilə əlaqənin kəsilməsi təhlükəsi yaradıb.

Bundan başqa, leysan yağışları bir neçə rayonun bəzi dağlıq ərazilərində sürüşmələrə səbəb olub.

Sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür. (“Turan”İA)

Ana səhifəXəbərlərAğsuda sel fəsadlar törədib