Ağdaşda 41 baş iri buynuzlu heyvan zəhərlənərək tələf olub

Kəndlilər heyvanların tələf olması nəticəsində onlara 20 min manatdan çox maddi ziyan dəydiyini bildiriblər

Source:


Kəndlilər heyvanların tələf olması nəticəsində onlara 20 min manatdan çox maddi ziyan dəydiyini bildiriblər

Sentyabrın 3-də Ağdaş rayonunun Yenicə kənddində mal-qara arasında kütləvi tələfat baş verib.

Bildirilir ki, kənd sakinləri Hüseynov Pərviz Əli oğlu, Hüseynov Elşən Əli oğlu, Yusifov Orxan Rafiq oğlu və Hüseynov Əli Yusif oğlu fərdi təsərrüfatlarında bəslədikləri iri buynuzlu heyvanları gənəyə qarşı biastol məhlulu ilə dezinfeksiya ediblər və inəklər 15-20 dəqiqə sonra kütləvi şəkildə zəhərlənərək ölüb.

APA yazır ki, hadisə zamanı 38 baş inək və 3 baş buzov tələf olub. Kənd sakinləri biastol məhlulunu Ləki qəsəbəsindəki baytarlıq aptekindən 16 manata aldıqlarını bildiriblər. Baytar həkimlər ölən mal-qaraya baxış keçiriblər və dərmanın təsiri nəticəsində onların ağ ciyərlərinin parçalandığını bildiriblər. Hazırda ölmüş heyvanlar kəndin ortasında qalıb. Kəndlilər heyvanların tələf olması nəticəsində onlara 20 min manatdan çox maddi ziyan dəydiyini bildiriblər. Heyvan sahibləri biastol dərmanını tərifləyib satan aptek tərəfindən onlara dəyən maddi ziyanın ödənilməsini tələb edirlər.

Ləki qəsəbəsindəki baytarlıq aptekinin sahibi Seymur Seyinov bildirib ki, zəhərlənməyə səbəb olduğu iddia edilən həmin bisatol məhlulu İordaniya istehsalıdır.

“Heyvandarlıqla məşğul olan insanlara indiyədək həmin dərmandan çox satmışam və heç kim şikayət etməyib. Bu dərmandan təlimata uyğun olmayaraq istifadə etdikdə fəsadlar verə bilər. Mən biastol alan şəxslərə həmişə məsləhət görürəm ki, heyvanların bədənindəki gənələri öldürmək üçün istifadə olunan bu zəhərli məhlulu suya çox tökməsinlər, yəni bu dərmanın un dozası çox olanda zəhərlənməyə səbəb olur. Dərmanlama işləri səhər saatlarında mal-qara tövlədən çıxandan bir saat sonra açıq havada aparılmalıdır. Qapalı şəraitdə bu dərmanla dezinfeksiya işlərinin aparılması zəhərlənməyə səbəb olur. Ola bilsin ki, vətəndaşlar bu vacib tələblərə əməl etməyib və ona görə də onların heyvanları tələf olub”.

Faktla bağlı araşdırma aparılır.

2014-cü ildə Ağdaş rayonunda oxşar olay baş vermişdi.

Həmin vaxt rayonun

Abad kəndi

ndə iribuynuzlu heyvanlar otlaq sahəsində zəhərlənərək ölmüşdü.

Kənd sakinləri Həmzə Yaqubov, Mikayıl Mikayılov, Füzuli Yaqubov, Nazim İsmayılov, Xəlil Həmidov və Məhəmməd Əzizova məxsus 10 baş inək və camış otlaq sahəsində olarkən qəflətən zəhərlənərək tələf olmuşdu.

Ölən heyvanlardan götürülən qan nümunələri Göyçay Regional Baytarlıq Laboratoriyasında yoxlanılıb və mal-qaranın otlaq sahəsində bitən kalış adlanan otdan zəhərləndiyi bildirilib. Məlumata görə, kalış otu torpaqdan təzə çıxan zaman çox zəhərli olur və heyvanlara mənfi təsir göstərir.

Ana səhifəXəbərlərAğdaşda 41 baş iri buynuzlu heyvan zəhərlənərək tələf olub