Ağdamda idarə rəisi minaya düşüb

Hafiz Əzimzadə xəstəxanaya yerləşdirilib

Mənbə: “Bizim Yol”


Hafiz Əzimzadə xəstəxanaya yerləşdirilib

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə martın 3-də işğaldan azad olunmuş Novruzlu kəndi ərazisində minaya düşüb.

Ağdam Rayon İcra Hakimiyyətindən “Turan”-a verilən məlumata görə, xəsarət alan Əzimzadə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, 2020-ci il noyabrın 10-dan 2021-ci il martın 3-nə qədər minaya düşən 10 mülki şəxs həlak olub, 10 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Ana səhifəXəbərlərAğdamda idarə rəisi minaya düşüb