Ağdamda əsgər həlak olub

İlkin Babayevi Maştağa kəndinin Şəhidlər Xiyabanında dəfn ediblər

Source:


İlkin Babayevi Maştağa kəndinin Şəhidlər Xiyabanında dəfn ediblər

İyunun 25-də cəbhə xəttinin Ağdam rayonu istiqamətində erməni hərbi birləşmələri ilə atışma zamanı əsgər İlkin Babayev Oktay oğlu  həlak olub.

İlkin Babayevi Maştağa kəndinin Şəhidlər Xiyabanında dəfn ediblər.

Məlumatı gunaz.az saytı yayıb.

İlkin Babayevin yas mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, hüquq-mühafizə orqanlarının rəsmiləri, Sabunçu və Lerik rayon İH -in Başçıları  rayon ictimaiyyəti, əsgərin xidmət etdiyi hərbi hissənin zabitləri iştirak edib.

Babayev İlkin Oktay oğlu Lerik rayonunda anadan olub, uzun illərdir ailəsi ilə Maştağa qəsəbəsində yaşayırdı. Ailə üzvləri iki bacı, bir qardaş və anasından ibarət olub.

Ana səhifəXəbərlərAğdamda əsgər həlak olub